main-post-cover

    Apple smart üzük layihəsindən imtina edib

    Cihazlar+
    07.10.2024
    Emil Nəcəfov
         Bu ilin əvvəlində məlumat ortaya çıxmışdı ki, Apple şirkəti fərdi smart üzüyü üzərində çalışır. Məlumatda qeyd edilmişdi ki, hazırlanan smart üzük istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçməklə yanaşı həmçinin şirkətin digər cihazlarını idarə etməyə də imkan verməli idi. Lakin görünür, Apple şirkətindən bu cür cihaz satışa çıxmayacaq. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple smart üzüyün hazırlanması və satışa çıxarılması ideyasından imtina edib.
         Gurman bildirib ki, şirkət mövcud bazarın analizini apararaq belə qənaətə gəlib ki, smart üzüklər bazarına daxil olmaq heç də məqsədəuyğun deyil. Belə ki, bu cür cihazlar çox az sayda istifadəçinin diqqətini cəlb edir. Bunun yerinə şirkət smart saat biznesini inkişaf etdirməyə qərar verib. Çox güman ki, Apple şirkətinin bu cür qərar verməsinin digər bir səbəbi də ondan ibarətdir ki, smart üzüklər öz funksionallıqlarına görə məhz smart saatlara bənzəyirlər. Lakin bununla belə smart üzüklər daha ucuz qiymətə satılırlar və bu məsələdə şirkətə o qədər də ciddi gəlir gətirməyəcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iOS 18.1-in nə zaman istifadəyə veriləcəyi açıqlanıb
    ios-181-in-ne
    Apple yaxın zamanda bəzi cihazlarının istehsalını dayandıra bilər
    apple-yaxin-zamanda-bezi-cihazlarinin-istehsalini-dayandira-biler
    iPhone 17 Air olduqca nazik ekranı əldə edəcək
    iphone-17-air-olduqca-nazik-ekrani-elde-edecek
    Növbəti iPad Air planşetinin hansı prosessor vasitəsilə çalışacağı məlum olub
    novbeti-ipad-air-plansetinin-hansi-prosessor-vasitesile-calisacagi-melum-olub
    Növbəti iPhone SE-nin hansı prosessoru və arxa kameranı əldə edəcəyi açıqlanıb
    novbeti-iphone-se-nin-hansi-prosessoru-ve-arxa-kamerani-elde-edeceyi-aciqlanib