
Apple smart üzüyü jestlər vasitəsilə idarəetmə imkanını əldə edə bilər
Cihazlar+
28.03.2024
Emil
Apple şirkətinin hal-hazırda öz smart üzüyü üzərində çalışdığı barəsində məlumatlar son zamanlarda daha çox sayda ortaya çıxıb. İndi isə şirkətin smart üzüyünün maraqlı özəlliklərindən birini ortaya çıxaran patent sənədləri ortaya çıxıb. Ortaya çıxmış patent sənədlərinə əsasən Apple şirkətinin ilk smart üzüyü jestlərlə idarəetmə özəlliyinə sahib ola bilər və o, Apple Vision Pro-da reallaşdırılmış bənzər özəlliyin oxşarı ola bilər. Patent sənədlərində qeyd edilib ki, smart üzük istifadəçinin öz barmağı ilə bədəninin digər hissələrinə toxunuşları təyin edə və istifadəçinin digər əlindəki barmaqlarından birinə taxıla biləcək ikinci üzük ilə sinxronlaşa biləcək. Patent fotolarından birində smart üzüyün potensial olaraq dəstəkləyə biləcəyi çoxlu sayda jest nümunələrini görmək olar. Apple şirkətinin öz ilk smart üzüyünü nə zaman təqdim edəcəyi bilinmir.


Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
