
Apple smart üzüyü prototipləşdirmə mərhələsindədir
Cihazlar+
07.03.2024
Emil
Son zamanlarda ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti öz smart üzüyü üzərində çalışır. İnsayderlərin isə vermiş olduqları yeni məlumata əsasən Apple şirkətinin smart üzüyü prototipləşdirmə mərhələsindədir. Məlumatda həmçinin qeyd edilib ki, Apple öz smart üzüyünü bazardakı ən nazik smart üzüyə çevirməyə hədəflənib. İnsayderlər bildiriblər ki, smart üzük kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə, barmaq izi skanı texnologiyasına, akselerometrə, mikrofona və hərəkət sensoruna sahib olacaq. Bununla yanaşı smart üzüyün dəri temperaturunu ölçmə bacarığına sahib olacağı gözlənilir. Apple şirkətinin öz ilk smart üzüyünü nə zaman təqdim edəcəyi məlum deyil.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
