Logo
    main-post-cover

    Apple smart üzüyünün konseptual fotoları təqdim edilib

    Cihazlar+
    24.01.2024
         Dizaynerlərdən biri Apple şirkətinin smart üzüyünün konseptual fotolarını təqdim edib. Artıq müəyyən müddətdir ki, ortada gəzən məlumatlara əsasən Apple şirkəti smart üzük üzərində çalışır. Dizaynerlərdən biri isə şirkətin patent sənədləri əsasında smart üzüyün konseptual fotolarını hazırlayıb. Gözləntilərə əsasən Apple şirkətinin smart üzüyü ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını və istifadəçi səhhətinin digər özəlliklərini ölçə biləcək. Bununla yanaşı smart üzüyün gövdəsi üzərində kiçik ölçülü OLED ekranın yerləşəcəyi güman edilir. Apple şirkətinin bu cür cihazı nə zaman təqdim edəcəyi bilinmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple smart üzüyünün konseptual fotoları təqdim edilib | Technote