Logo
    main-post-cover

    Apple smartfonlar üçün cızıqlara və zədələnmələrə dayanıqlı yeni arxa panel örtüyünü patentləşdirib

    Cihazlar+
    19.06.2023
    Emil
        Smartfon istehsalçıları öz məhsullarının istifadədə rahat və dözümlü olmaları üçün onların gövdələrinin hazırlanmasında istifadə edilən materiallar ilə bağlı müxtəlif təcrübələr aparırlar. Apple də bu mövzuda istisna deyil. Məlum olub ki, şirkət bu mövzu ilə bağlı yeni patent əldə edib. Şirkətin patentinə əsasən o, iPhone-ların gövdələrinin daha dözümlü ola biləcəkləri üsulunu tapa bilib. Şirkət tərəfindən əldə edilmiş patentdə smartfonun arxa paneli üçün nəzərdə tutulmuş xüsusi örtükdən söhbət gedir. Xüsusi örtüyün hazırlanması üçün isə müxtəlif materillardan istifadə nəzərdə tutulub. Buna misal olaraq şüşə, metal və keramikanı gətirmək olar.
        Sözügedən materiallardan hazırlanmış və çox kiçik ölçülü şarlara sahib bu cür örtük cızılmalara və zədələnmələrə daha dayanıqlıdır. Bu cür örtük təkcə gövdənin daha dözümlü olmasında rol oynamır. O həmçinin dizayn elementi rolunda da çıxış edə bilər. Belə ki, kiçik ölçülü şarlar işığı əks etdirərək parıldayan dəyərli daşlar kimi görünə bilərlər. Patent sənədində qeyd edilib ki, sözügedən texnologiya smartfonlar, smart saatlar, planşetlər, noutbuklar, musiqi playerləri və s. kimi mobil cihazlar üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir və şirkətin bu patentdəki texnologiyadan nəticədə istifadə edib-etməyəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər