Apple Studio Display XDR tibbi cihaz kimi təsdiq aldı
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın yeni Studio Display XDR monitoru artıq rəsmi olaraq tibbi görüntüləmə məqsədləri üçün istifadə oluna biləcək. ABŞ Qida və Dərman Administrasiyası (FDA) monitorun DICOM tibbi görüntüləmə kalibrləmə funksiyasına icazə verib. Bu isə o deməkdir ki, monitor artıq MRT, rentgen və digər tibbi görüntülərə baxmaq üçün istifadə edilə bilər.
Apple hələ monitor təqdim edilən zaman bildirmişdi ki, Studio Display XDR modelində Medical Imaging Calibrator adlı xüsusi kalibrləmə sistemi mövcuddur və bu sistem DICOM standartına uyğun görüntü göstərmək üçün nəzərdə tutulub. İndi isə FDA bu funksiyanı rəsmi olaraq təsdiqləyib və yaxın zamanda istifadəçilər üçün aktiv ediləcək. Bu xüsusiyyət macOS sistem ayarları üzərindən aktivləşdirilə biləcək. İstifadəçilər adi ekran rejimi ilə DICOM tibbi görüntüləmə rejimi arasında asanlıqla keçid edə biləcəklər. Bu isə o deməkdir ki, eyni monitor həm gündəlik istifadə, həm də tibbi görüntülərin analiz edilməsi üçün istifadə oluna bilər.
Hazırda macOS üçün Visage 7, Falcon MD, MIM və OsiriX MD kimi tibbi görüntüləmə proqramları artıq FDA tərəfindən təsdiqlənib və bu proqramlar Studio Display XDR-in DICOM rejimi ilə uyğun işləyir.
Paylaş