Logo
    main-post-cover

    Apple “Tap to Pay” funksiyasını Honq Konqda işə saldı

    Cihazlar+
    09.12.2025
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın uzun müddətdir qlobal miqyasda mərhələli şəkildə istifadəyə təqdim etdiyi Tap to Pay on iPhone funksiyası artıq Honq Konqda da aktivləşdirilib. Şirkət bu xidməti ilk dəfə 2022-ci ilin mayında ABŞ-da işə salmışdı.
        Tap to Pay on iPhone xüsusilə kiçik bizneslər üçün böyük üstünlük yaradır. Bu funksiya sayəsində sahibkarlar artıq əlavə kart oxuyucu, məsələn, Zettle kimi terminallar almağa ehtiyac duymurlar. Ödəniş qəbul etmək üçün sadəcə iPhone istifadə etmək kifayətdir. Müştərilər üçün də proses maksimum rahatdır: həm iPhone, həm Android smartfon ilə, həm də "kontaktless" kredit kartları ilə ödəniş etmək mümkündür. Apple Pay və digər rəqəmsal cüzdanların sürətlə populyarlaşması bu funksiyanın praktiki dəyərini daha da artırır.
    Tap to Pay on iPhone - Apple Developer
        Xidmətdən istifadə etmək üçün müəssisələrdə iPhone 11 və ya daha yeni model olmalıdır. Apple ən son dəstəklənən iOS versiyasını tövsiyə edir. Bundan başqa, tapşırığın aktiv olması üçün şirkətin istifadə etdiyi ödəniş platforması da Tap to Pay funksiyasını dəstəkləməlidir.
        Apple bildirib ki, Honq Konqda bu funksiyanı ilk mərhələdə aşağıdakı ödəniş platformaları dəstəkləyir:
    • Adyen
    • Global Payments
    • KPay
    • SoePay
    Paylaş