Logo
    main-post-cover

    Apple tarixinin ən güclü rübünü yaşadı

    Cihazlar+
    01.05.2026
    Sevinj
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Tim Cook rəhbərliyindən ayrılmağa hazırlaşdığı bir dövrdə Apple tarixinin ən güclü rüblərindən birini açıqlayıb. Şirkət son maliyyə hesabatında mart rübü üzrə 111,2 milyard dollar gəlir əldə etdiyini bildirib ki, bu da Apple üçün rekord göstəricidir.
    Tim Cook Transitioning to Apple Executive Chairman as John Ternus ...
        Tim Cook-un sözlərinə görə, xüsusilə iPhone 17 modellərinə olan yüksək tələbat bu nəticədə əsas rol oynayıb. iPhone satışları mart rübü üzrə yeni rekord qırıb və bütün regionlarda iki rəqəmli artım qeydə alınıb. Lakin bu uğurlu göstəricilərin fonunda şirkət üçün ciddi risklər də formalaşır. Cook bildirib ki, Apple artıq əvvəlki rüblərlə müqayisədə yaddaş çiplərinə (RAM) daha çox vəsait xərcləyib. Bu artım hələlik ehtiyat hissələrinin hesabına balanslaşdırılsa da, yaxın aylarda vəziyyət daha çətin ola bilər.
        Səbəb isə texnologiya sektorunda geniş yayılan “RAMageddon” adlandırılan prosesdir. Süni intellekt texnologiyalarının sürətli inkişafı yaddaş çiplərinə olan tələbatı kəskin artırıb və bu da qlobal çatışmazlığa, eyni zamanda qiymətlərin yüksəlməsinə səbəb olub. Bu vəziyyət isə əsasən hardware satışlarından gəlir əldə edən Apple üçün əlavə risk yaradır. Artıq bəzi məlumatlara görə, RAM qiymətləri bir neçə dəfə artıb ki, bu da iPhone istehsal xərclərinə birbaşa təsir edir. Nəticədə Apple-ın gələcəkdə cihaz qiymətlərini artırmaq ehtimalı da istisna edilmir.
        Şirkətin yeni CEO-su olacaq John Ternus üçün isə bu vəziyyət ciddi çağırış hesab olunur. O, sentyabrın 1-dən etibarən vəzifəsini icra etməyə başlayacaq. Hazırda Apple-da hardware mühəndisliyi üzrə baş vitse-prezident olan Ternus, çıxışında Tim Cook-u “bütün dövrlərin ən böyük biznes liderlərindən biri” adlandırıb.
     
    Paylaş