Logo
    main-post-cover

    Apple TV CarPlay-ə gəlir

    Cihazlar+
    17.02.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, iOS 26.4 beta versiyasında aşkarlanan kod sətirləri göstərir ki, Apple yaxın zamanda CarPlay platformasına Apple TV tətbiqini əlavə etməyi planlaşdırır. Hazırda rəsmi elan olmasa da, kod parçaları funksiyanın artıq test mərhələsində olduğunu göstərir.
    Best Apple CarPlay Head Unit Car Stereos for 2026 - CNET
        Apple son aylarda iOS 26 ilə birlikdə CarPlay-ə video oynatma imkanlarını əlavə edib. Lakin təhlükəsizlik səbəbilə bu funksiya yalnız avtomobil park vəziyyətində olduqda aktiv olur. Yeni tapılan kod isə Apple TV tətbiqinin də eyni məntiq əsasında işləyəcəyini göstərir. X sosial şəbəkəsində Aaronp613 istifadəçisi tərəfindən paylaşılan məlumata görə, istifadəçilər CarPlay-də Apple TV-dən istifadə etmək üçün iPhone vasitəsilə hesablarına daxil olmalı olacaqlar. Kod sətrlərində məxfilik məlumatlarının təsdiqi və avtomobil parkda olarkən giriş prosesinin həyata keçirilməsi ilə bağlı qeydlər mövcuddur.
        Funksiyanın necə işləyəcəyi ilə bağlı detallı məlumat olmasa da, Apple TV tətbiqinin iPhone versiyasına bənzər interfeysə sahib olacağı ehtimal edilir. İstifadəçilər “Up Next” və ya “Library” bölmələrindən kontent seçərək video izləyə biləcəklər.
    Paylaş