Logo
    main-post-cover

    Apple TV+ yazıçıya tam yaradıcılıq azadlığı verdi: Cosmere ekranlara gəlir

    Cihazlar+
    29.01.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple TV+ məşhur elmi-fantastika yazıçısı Brandon Sanderson ilə onun Cosmere kainatında keçən əsərlərinin ekranlaşdırılması üçün genişmiqyaslı razılaşma imzalayıb.
    How Much Does Apple TV Plus Cost? Pricing, Plans, and How to Watch
        Razılaşmaya əsasən, Sanderson-un ən məşhur seriyalarından biri olan Mistborn kitabları əsasında tammetrajlı filmlər, eləcə də Cosmere kainatına daxil olan digər əsərlər üzrə serial layihələri hazırlanacaq. Yazıçı daha əvvəl İspaniyada keçirilən Celsius 232 fantastika festivalında “yaxşı bir Mistborn filmi çəkməyin onun ən böyük arzusu olduğunu” demişdi və görünür, Apple TV+ bu arzunu reallaşdırmağa hazırdır.
        The Hollywood Reporter nəşrinin məlumatına görə, bu razılaşmanı fərqləndirən əsas məqam Sanderson-un layihələr üzərində misilsiz yaradıcılıq nəzarəti əldə etməsidir. O, filmlərin və serialların ssenarisində, istehsal prosesində və yaradıcı qərarlarda birbaşa iştirak edəcək, hətta əsas detallara yekun təsdiq vermək səlahiyyətinə malik olacaq.
    Paylaş