main-post-cover

    Apple TV+ servisinin serialında çərçivəsiz ekrana sahib iPhone əks olunub

    Cihazlar+
    30.08.2021
    Farid Pardashunas
        Eksklüziv olaraq Apple TV+ üçün çəkilən “Ted Lasso” adlı komediya serialında istifadəçilər maraqlı detalı aşkar ediblər. Belə ki, serialın bir neçə kadrında çərçivəsiz dizaynda reallaşdırılmış və ekran üzərində heç bir çıxıntı hissəyə sahib olmayan iPhone modeli əks olunub. Serialın 2-ci sezonunun 6-cı bölümünün müəyyən hissəsində tamamilə simmetrik kənar hissələrə sahib və ekranı üzərində heç bir çıxıntı olmayan iPhone modeli ortaya çıxıb. Bloklanma ekranının istifadəçi interfeysindən də görmək olar ki, kadrdakı smartfon məhz iPhone modelidir.
        Kadrdan birində görmək olar ki, smartfon iPhone 12-dəki kimi arxa kamera dizaynına və yastı gövdə kənarlarına sahibdir. Maraqlısı ondadır ki, digər bir kadrda cihaz iPhone 11 Pro-dakı kimi bir qədər dairəvi gövdə formasına sahibdir. Lakin həmin kadrda da onun ekranı üzərində heç bir çıxıntı hissə yoxdur. Serialda bu cür smartfonun ortaya çıxması qəribə haldır. Bəlkə də Apple bu üsul ilə çərçivəsiz ekrana sahib olacaq iPhone modelinin necə görünəcəyinə işarə edir? Kiçik bir ehtimal var ki, serialda ortaya çıxmış smartfon gələcək iPhone modellərindən birinin prototipidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər