Apple veteranı Sam Altman və Jony Ive ilə birgə süni zəka əsaslı cihaz üzərində çalışacaq
Cihazlar+
27.12.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkətinin CEO-su Sam Altman Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive ilə birgə süni zəka əsaslı hansısa cihaz üzərində çalışırlar. İndi isə məlum olub ki, Sam Altman və Jony Ive bu layihəyə Apple veteranlarından birini cəlb edə biliblər. Söhbət, Apple şirkətinin iPhone və Apple Watch dizaynı şöbəsinin keçmiş vitse-prezidenti Tang Tan-dan gedir. Onun Apple şirkətindən ayrılacağı bu ayın əvvəlində məlum oldu.
Bloomberg saytının məlumatına əsasən Tang Tan-ın Apple-dan ayrılması qərarı şirkət üçün əsl zərbə olub. Belə ki, o, şirkətin əsas məhsulları ilə bağlı vacib qərarları qəbul edirdi. Tang Tan öz növbəsində Jony Ive-ın LoveFrom adlı dizayn şirkətinin əməkdaşı olacaq. LoveFrom Sam Altman-ın Jony Ive ilə birgə hazırladığı gizli cihazın xarici görünüşündən cavabdeh olacaq. Bloomberg saytının anonim mənbələrinin sözlərinə əsasən Altman isə cihazı proqram təminatı platforması ilə təmin edəcək. Məlumata əsasən Tang Tan hazırlanan həmin gizli cihazı istehsal edəcək yeni şirkətin dizayn şöbəsinin rəhbəri qismində də çalışacaq. Nəticədə bunun necə bir cihaz olacağı hələ sirr olaraq qalır.
Paylaş
Bənzər xəbərlər
Startup və Biznes
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsinə geri qayıdıb
Bloomberg-in verdiyi məlumata əsasən Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsi öz növbəsində şirkətin vacib missiyası mövzusunda rəhbərlik ilə fikir ayrılığına səbəb olub.
Startup və Biznes
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, direktorlar şurası ilə Sam Altman arasında razılıq əldə edilib.
Startup və Biznes
OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsindən sonra şirkətin demək olar bütün işçi heyəti könüllü şəkildə işdən çıxacaqları hədə-qorxusunu direktorlar şurasına məktub vasitəsilə bildirib.
Startup və Biznes
Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
Bir neçə ay bundan öncə məlum oldu ki, Microsoft OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırıb.
Startup və Biznes
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-u Sam Altman-ı vəzifəsindən azad etdi.
Ən çox oxunanlar