
Apple Vision Pro 2 endirimli qiymət ilə gələ bilər!
Cihazlar+
10.05.2024
Aslan
İddia olunur ki, Apple xərcləri azaltmaq üçün Çinli displey təchizatçısı SeeYa-ı Samsung ilə birlikdə Vision Pro 2-də istifadə edəcək. Buna görə də, növbəti nəsildə Vision Pro 2 əhəmiyyətli dərəcədə daha ucuz ola bilər.
Yeni xəbərlərə görə, Apple şirkəti Vision Pro 2-nin başlanğıc qiymətini 1500 dollara endirmək istəyir. Bunun üçün iki yeni təchizatçının, Samsung və SeeYa-nın proseslərə əlavə ediləcəyi bildirilir. Digər tərəfdən, hazırkı Vision Pro-nun istehsal dəyərinin təxminən 1542 dollar olduğu güman edilir. Buradakı ən böyük xərc Sony-dən alınmış ikili 4K mikro OLED panellərinin üzərinə düşür.

Əvvəlki hesabatlarda iddia edilirdi ki, Apple hələ də xərcləri necə azaltacağını bilmir. Mövcud iddilar da Vision Pro 2-nin yeni tədarükçülər istisna olmaqla, 1500 dollarlıq satış qiymətinə necə düşəcəyindən bəhs etmir. Əvvəlki hesabatlarda həmçinin SeeYa-nın ekran xərclərini 50 faiz azalda biləcəyi qeyd edilmişdi. Samsung-a gəlincə, Koreya nəhənginin SK hynix tərəfindən təmin edilən və Apple Vision Pro-nun 12 kameralı seriyasından intensiv görüntüləmə məlumatlarını idarə etmək üçün xüsusi hazırlanmış özəl dizayn olan DRAM-ı təmin edəcəyi deyilir. Apple-ın gələn il ya da daha sonra Vision Pro 2-ni buraxacağı məlum deyil, lakin yeni iddialara görə, hədəf 2026-cı ildir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
İkinci nəsil Apple Vision Pro-nun təqribi çıxış müddəti açıqlanıb
Apple Vision Pro qarışıq reallıq cihazının fevral ayının əvvəlində satışa çıxmasına baxmayaraq son məlumatlara əsasən şirkət artıq onun davamçısı üzərində çalışır.

Cihazlar+
Apple şirkəti Vision Pro-nun istehsalat həcmini azaldıb
Dünən xəbər ortaya çıxdı ki, Apple şirkətinin qarışıq reallıq cihazı olan Vision Pro-nun ABŞ-dakı satışları demək olar dayanmış vəziyyətdədir.

Cihazlar+
Apple Vision Pro-nun satışları demək olar dayanıb
Apple şirkətinin ilk qarışıq reallıq ( AR + VR / Mixed Reality) cihazı olan Vision Pro-nun rəsmi satışlarına iki ay bundan öncə start verilmişdi.

Elm & Texnologiya
Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Bir neçə il əvvəl Microsoft-un virtual reallıq başlığı olan HoloLens 2-nin əməliyyatlarda istifadə edilməsi sosial mediada gündəmə səbəb olmuşdu. Cərrahiyyə köməkçisi Suvi Verho, bu dəfə HoloLens 2-ni Apple Vision Pro ilə əvəz edərək bir xəstə üzərində əməliyyat həyata keçirməyi bacarıb.

Cihazlar+
Apple Vision Pro-ya tələbat düşünüldüyündən daha yüksək olub
Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple Vision Pro qarışıq reallıq cihazına tələbat Apple şirkətinin düşündüyündən daha yüksək olub.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
