
Apple Vision Pro beynəlxalq bazarda nə zaman satışa çıxacaq?
Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının satışa çıxmasına az müddət qalıb. Vision Pro 2 fevral tarixində ilk öncə ABŞ-da satışa çıxacaq. Məşhur analitik Ming-Chi Kuo isə şirkətin ilk qarışıq reallıq cihazının digər ölkələrdə nə zaman satışa çıxacağı barəsində məlumat verib. Analitikin sözlərinə əsasən şirkət Vision Pro-nu beynəlxalq bazarda WWDC 2024 konfransının keçiriləcəyi vaxtdan daha öncə satışa çıxartmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, WWDC 2024 konfransı iyun ayında baş tutacaq. Beləliklə proqram təminatı tərtibatçıları WWDC 2024-ə kimi Vision Pro və onun sahib olduğu visionOS əməliyyat sistemi ilə yaxından tanış ola biləcəklər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar