
Apple Vision Pro-da istifadə edilən M2 prosessorunun versiyası məlum olub
Cihazlar+
15.01.2024
Emil
Apple şirkəti Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının 2 fevral tarixində baş tutacaq satışlarına hazırlaşır. Bloomberg saytının məşhur insayderi Mark Gurman isə öz növbəsində Vision Pro-nun Apple M2 prosessorunun hansı versiyasını əldə etdiyi barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən Vision Pro M2 prosessorunun ən flaqman versiyası vasitəsilə çalışır. Söhbət, 8 nüvəli CPU-ya və 10 nüvəli GPU-ya sahib Apple M2 prosessorundan gedir.
Qeyd etmək lazımdır ki, M2-nin sözügedən versiyası hal-hazırda aktual olan 13 və 15 düym ekranlı MacBook Air modellərinə quraşdırılır. M2 ilə yanaşı Vision Pro həmçinin R1 adlı çipə də sahibdir. Sözügedən çip öz növbəsində cihazın 12 kamerasından, 6 mikrofonundan və 5 müxtəlif sensorundan daxil olan məlumatları emal etmək üçün nəzərdə tutulub. Vision Pro 2 fevral tarixində ilk növbədə ABŞ-da satışa çıxacaq. Müəyyən müddətdən sonra isə onun digər ölkələrdə satışlarına start veriləcək. Vision Pro-nun ABŞ bazarındakı qiyməti 3500$ təşkil edəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
