main-post-cover

    Apple Vision Pro-nun hansı ayda satışa çıxacağı açıqlanıb

    Cihazlar+
    21.12.2023
    Emil Nəcəfov
         Apple şirkəti iyun ayında keçirilmiş WWDC 2024 konfransı çərçivəsində Apple Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etmişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, Apple Vision Pro 2024-cü ilin əvvəlində satışa çıxacaq. Görünür, şirkətin ilk MR cihazının satışları artıq çox yaxındır. Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple hal hazırda Vision Pro-nun kütləvi istehsalı ilə məşğuldur və o, yanvar ayının sonuna kimi bacardığı qədər çox sayda MR cihaz istehsal etməyi hədəfləyib. Belə ki, şirkət Vision Pro-nu fevral ayında satışa çıxartmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Apple Vision Pro ilk növbədə yalnız ABŞ-da satışa çıxacaq. Müəyyən müddətdən sonra isə MR cihaz digər ölkələrdə də satılacaq. Qiymətə gəldikdə isə Vision Pro 3500$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gələn ilki iPad Pro planşeti iPhone-lara xas olan funksiyanı əldə edə bilər
    gelen-ilki-ipad-pro-planseti-iphone-lara-xas-olan-funksiyani-elde-ede-biler
    iPhone 16 Pro-nun kameralarından biri barəsində məlumat verilib
    iphone-16-pro-nun-kameralarindan-biri-baresinde-melumat-verilib
    İnsayderlərdən biri ləğv edilmiş Apple AirPower naqilsiz şarj stansiyasının prototipini əldə edib
    insayderlerden-biri-legv-edilmis-apple-airpower-naqilsiz-sarj-stansiyasinin-prototipini-elde-edib
    ABŞ-da Apple Watch Series 9 və Watch Ultra 2 smart saatlarının satışları dayandırılır
    abs-da-apple-watch-series-9-ve-watch-ultra-2-smart-saatlarinin-satislari-dayandirilir
    Məşhur insayder Apple Watch Series 10 smart saatı barəsində məlumatlar verib
    meshur-insayder-apple-watch-series-10-smart-saati-baresinde-melumatlar-verib