Logo
    Apple Vision Pro-nun ilk satış statistikası açıqlanıb

    Apple Vision Pro-nun ilk satış statistikası açıqlanıb

    Cihazlar+
    22.01.2024
         Məşhur analitik Ming-Chi Kuo Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının satış statistikasını bölüşüb. Analitikin sözlərinə əsasən Apple şirkəti Vision Pro-nun ön sifarişlərinə start verilməsindən sonra 160 000-180 000 ədəd cihaz satıb. Daha öncəki xəbərdə verdiyimiz məlumatda da qeyd edildiyi kimi ön sifarişlərə start veriləndən sonra bütün Vision Pro-lar 1 saat ərzində satılıb. Nəticədə satılmış Vision Pro-ların alıcılara çatdırılma müddəti 5-7 həftə uzanacaq. Gözləntilərə əsasən Apple bu il ərzində 500 000 ədəd Vision Pro satmaq potensialına sahibdir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple Vision Pro-nun ilk satış statistikası açıqlanıb