
Apple Vision Pro-nun komplektinə hansı aksesuarlar daxil olacaq?
Cihazlar+
09.01.2024
Emil
Apple şirkəti dünən Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının satış tarixini rəsmi şəkildə açıqladı. Vision Pro 2 fevral tarixində satışa çıxacaq və ilk növbədə yalnız ABŞ-da satılacaq. Vision Pro-nun ön sifarişlərinə isə 19 yanvar tarixində start veriləcək. İndi isə şirkət Vision Pro-nun standart komplektinə nələrin daxil olacağını açıqlayıb. Beləliklə Vision Pro-nun qutusuna aşağıdakı aksesuarlar daxil olacaqlar.
- Xarici batareya
- USB Type-C şarj adapteri
- USB Type-C naqili
- Vision Pro-nun ön paneli üçün xüsusi keys
- Xüsusi təmizlik salfeti
- Parça materialdan hazırlanmış Solo Knit Band adlı baş bandı
- Dual Loop Band adlı band
- Vision Pro-nun istifadəçi üzündə yaxşı şəkildə qalması üçün nəzərdə tutulmuş iki ədəd bərkidici.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
