
Apple Vision Pro-nun satış tarixi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
08.01.2024
Emil
Apple şirkəti özünün qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı olan Vision Pro-nun satış tarixini elan edib. Beləliklə şirkətin rəsmi elanına əsasən Vision Pro 2 fevral tarixində satışa çıxacaq. Qeyd etmək lazımdır ki, MR cihaz ilk növbədə ABŞ bazarında satılacaq. Apple bildirib ki, alıcılar Vision Pro-nu həm Apple Store mağazalarından həm də şirkətin online mağazası üzərindən ala biləcəklər. Qeyd etmək lazımdır ki, MR cihazın satış qiyməti 3500$ təşkil edəcək.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
