main-post-cover

    Apple Vision Pro-nun təmiri hansı qiymətə başa gələcək

    Cihazlar+
    22.01.2024
    Emil Nəcəfov
         Apple şirkəti 19 yanvar tarixində Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ön sifarişlərinə start verdi. Bununla yanaşı şirkət öz saytında Vision Pro-nun təmirinin hansı qiymətə başa gələcəyi barəsində məlumatı da yerləşdirib. Qeyd etmək lazımdır ki, Vision Pro-nun ön hissəsində çox laylı şüşə örtüyü mövcuddur. Çox laylı olmasına baxmayaraq həmin şüşə örtük adi şüşə kimi asanlıqla çatlaya və sına bilər.
         Belə vəziyyətin yaşandığı halda şüşə örtüyün əvəzlənməsi 800$-a başa gələcək. Lakin Vision Pro-nun hər hansısa digər komponentinin təmiri və ya əvəzlənməsi qiyməti 2400$ təşkil edə bilər. Bu isə iki ədəd iPhone 15 Pro Max-ın qiymətidir. Vision Pro-nun təmirinin bu qədər baha başa gəlməsi səbəbilə Apple şirkəti alıcılara genişləndirilmiş Apple Care+ zəmanət paketinin alınmasını məsləhət görür. Bu zəmanət paketinin iki illik qiyməti 500$ təşkil edir və onun vasitəsilə Vision Pro-nun təmiri cəmi 300$-a başa gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Vision Pro-nun birinci partiyası bir saat ərzində satılıb
    apple-vision-pro-nun-birinci-partiyasi-bir-saat-erzinde-satilib
    Apple iPhone-dakı NFC funksiyasını kənar ödəniş sistemləri üçün açmaq qərarını verib
    apple-iphone-daki-nfc-funksiyasini-kenar-odenis-sistemleri-ucun-acmaq-qerarini-verib
    Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
    apple-ve-diger-brendlerin-qrafik-ciplerinde-ciddi-bosluq-askar-edilib
    iPhone 16 Pro modellərində olacaq Capture Button adlı düymənin özəllikləri açıqlanıb
    iphone-16-pro-modellerinde-olacaq-capture-button-adli-duymenin-ozellikleri-aciqlanib
    Növbəti iPad Pro üçün OLED ekranların kütləvi istehsalına start verilib
    novbeti-ipad-pro-ucun-oled-ekranlarin-kutlevi-istehsalina-start-verilib