
Apple Vision Pro-nun xarici batareyasının özəllikləri məlum olub
Cihazlar+
01.02.2024
Emil
Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı artıq sabah ABŞ bazarında satışa çıxacaq. Satışa çıxmazdan bir gün qabaq internetdə Vision Pro-nun xarici batareyası barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Vision Pro-nun xarici batareyası A2781 model nömrəsinə sahibdir və onun həcmi 3166 mAh təşkil edir. Batareyanın ölçüsünü və 353 qramm çəkisini nəzərə alsaq, onun həcmi o qədər də böyük deyil.
Lakin burda bir nüans var. Belə ki, Vision Pro-nun xarici batareyası 35.9 vatt saat maksimal gərginliyi verə bilir. Bu isə smartfon batareyasının verə bildiyi gərginlikdən daha yüksəkdir. Bununla yanaşı Vision Pro-nun xarici batareyası şarj üçün nəzərdə tutulmuş USB-C girişinə və qarışıq reallıq cihazına qoşulmaq üçün xüsusi girişə sahibdir. Qeyd etmək lazımdır ki, sözügedən batareya Vision Pro-nun komplektinə daxildir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
