Logo
    main-post-cover

    Apple Vision Pro-ya tələbat düşünüldüyündən daha yüksək olub

    Cihazlar+
    29.02.2024
    Emil
         Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple Vision Pro qarışıq reallıq cihazına tələbat Apple şirkətinin düşündüyündən daha yüksək olub. Gözləntilərə əsasən Apple bu il təkcə ABŞ-da 200 000-250 000 ədəd Vision Pro-nu satışa çıxaracaq. Şirkətin daha öncəki proqnozlarında isə 150 000-200 000 ədəd cihaz qeyd edilirdi. Analitik bildirib ki, Vision Pro-nun alıcılara çatdırılması müddəti hal-hazırda maksimum 1 ay təşkil edir. Bununla belə 19 yanvar tarixində Vision Pro-nu ön sifariş etmiş bəzi şəxslər cihazı artıq 1 mart tarixində əldə etməlidirlər. Həmin vaxtdan alıcıların gözləmə müddəti bir neçə günə enib.
         Bu isə o deməkdir ki, şirkət Visio Pro-nun istehsal həcmini böyüdüb. Analitikin fikirlərinə əsasən bu həm ABŞ-da olan böyük tələbatdan həm də yaxın aylar ərzində Vision Pro-nun digər ölkələrdə də satışa çıxacağından irəli gəlir. Bir neçə müddət öncə məlumat ortaya çıxmışdı ki, Vision Pro alıcılarının əksəriyyəti cihazı 14 gün ərzində şirkətə geri qaytarır. Lakin Ming-Chi Kuo bildirib ki, bunu edən alıcıların faiz göstəricisi yalnız 1% təşkil edir. Bununla yanaşı analitik qeyd edib ki, Apple Vision Pro-nun daha ucuz versiyasının hazırlanmasına hələ start verməyib.
    Paylaş