Logo
    main-post-cover

    Apple Vyetnamda yeni Təhsil Mərkəzi açır

    Cihazlar+
    27.08.2026
        Apple Vyetnamdakı təchizatçı şirkətlərin əməkdaşlarının hazırlanması üçün Hanoy şəhərində yeni Apple Education Center yaradacağını açıqlayıb. Mərkəz Apple üçün Mac, iPhone, Apple Vision Pro və digər cihazların istehsal zəncirində çalışan əməkdaşların peşəkar bacarıqlarının artırılmasına xidmət edəcək. Yeni mərkəz Apple-ın 2022-ci ildə 50 milyon dollarlıq ilkin investisiya ilə yaratdığı Supplier Employee Development Fund proqramının genişləndirilməsi çərçivəsində fəaliyyət göstərəcək. Şirkətin məlumatına görə, bu proqram vasitəsilə indiyədək 108 mindən çox təchizatçı əməkdaşı müxtəlif təlimlərdən keçib.
    Education Community - Apple Education Community
        Apple Təhsil Mərkəzi Hanoi University of Science and Technology (HUST) ilə əməkdaşlıq çərçivəsində yaradılır. Mərkəzdə dərslərin 2026-cı ilin payızından başlanması planlaşdırılır. Burada minlərlə işçiyə texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək, həmçinin gələcək karyera imkanlarını genişləndirmək üçün təlimlər keçiriləcək.
        Apple bununla yanaşı, Vyetnamda əlilliyi olan şəxslər üçün həyata keçirdiyi peşə hazırlığı proqramını da genişləndirir. İndiyədək 70-dən çox istehsal müəssisəsində ümumilikdə 49 min təchizatçı əməkdaşı bu istiqamətdə keçirilən proqramlarda iştirak edib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...