
Apple Watch 9 ilə Watch Ultra 2 ABŞ bazarında vacib funksiyaya sahib olmadan satışa çıxacaqlar
Cihazlar+
16.01.2024
Emil
Keçən ilin sonuna yaxın ABŞ-da Apple Watch 9 və Watch Ultra 2 smart saatlarının satışları qadağan edildi. Səbəb isə bu smart saatlarda qandakı oksigen miqdarını ölçən texnologiya ilə bağlı Masimo şirkətinin patentinin Apple tərəfindən pozulması idi. İndi isə insayderlər bildiriblər ki, Apple Watch 9 və Watch Ultra 2 smart saatları ABŞ bazarında yenidən satışa çıxacaqlar. Lakin satışa çıxacaq smart saatlar bir funksiyadan məhrum olacaqlar.
Söhbət, məhz qandakı oksigen miqdarının ölçülməsi funksiyasından gedir. Apple özü rəsmi şəkildə hələ bunu anons etməyib. Lakin insayderlər bildiriblər ki, qandakı oksigen miqdarını ölçən funksiyaya sahib olmayan Apple Watch 9 və Watch Ultra 2 smart saatları artıq mağazalara göndərilib. Hələ bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, Apple şirkəti patentlə bağlı yaranmış problemin aradan qaldırılması yollarını axtarır. Görünür, problemi hardware səviyyəsində həll etmək mümkün olmayıb.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
