Logo
    main-post-cover

    Apple Watch SE 3 barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    17.09.2024
    Emil
         Apple şirkətinin keçən həftə iPhone 16 smartfonları ilə yanaşı Apple Watch SE 3 smart saatını da təqdim edəcəyi gözlənilirdi. Lakin nəticədə şirkət yalnız Apple Watch Series 10 smart saatını təqdim etdi. Beləliklə Apple Watch SE 3-ün artıq gələn il təqdim olunacağı gözlənilir. İndi isə Bloomberg saytının məşhur insayderi Mark Gurman gələn il təqdim olunacaq bu smart saat barəsində bəzi məlumatları bölüşüb.
         Beləliklə insayderin sözlərinə əsasən Apple Watch SE 3 smart saatının gövdəsi plastik materialdan hazırlanacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Apple Watch SE 2-nin gövdəsi alüminium materialdan hazırlanır. Məlumatda qeyd edilib ki, plastik materialdan hazırlanacaq gövdəyə keçid öz növbəsində Apple Watch SE 3-ün istehsal xərclərini azaltmağa və ona yeni parlaq gövdə rənglərini əlavə etməyə imkan verəcək. Apple Watch SE 3-ün Apple S9 və ya S10 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş