Logo
    main-post-cover

    Apple Watch Series 10 smart saatı barəsində məlumatlar təqdim edilib

    Cihazlar+
    20.06.2024
    Emil
        Apple şirkətinin bu il Apple Watch Series 10 smart saatını təqdim edəcəyi gözlənilir. İndi isə məşhur analitik Ming Chi-Kuo sözügedən yeni smart saat barəsində bəzi təfərrüatları bölüşüb. Beləliklə analitikin təqdim etmiş olduğu məlumatlara əsasən Apple Watch Series 10 smart saatı daha böyük ölçülü gövdəni və ekranı əldə edəcək. Məlumata əsasən smart saat 45 mm 49 mm gövdə ölçülərində təqdim ediləcək. Bununla yanaşı analitik əlavə edib ki, Apple şirkətinin bu yeni smart saatının gövdəsi daha nazik olacaq.
         Qeyd etmək lazımdır ki, biraz əvvəl biz xəbər verdik ki, Apple öz cihazlarını daha nazik və yüngül etməyi hədəfləyib. Bu strategiya həmçinin smart saatları da əhatə edir. Görünür, Apple şirkəti smart saatlarda bu özəlliyi artıq bu ildən reallaşdırmağa başlayacaq. Üstəlik Apple Watch Series 10-un daha böyük həcmli batareyanı əldə edəcəyi gözlənilir. Müvafiq olaraq smart saat bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa biləcək. Apple Watch Series 10 bu ilin sentyabr ayında iPhone 16 smartfon seriyası ilə birlikdə təqdim oluna bilər.
    Paylaş