main-post-cover

    Apple Watch Series 10 smart saatının CAD render fotoları təqdim edilib

    Cihazlar+
    27.06.2024
    Emil Nəcəfov
         Apple şirkəti sentyabr ayında iPhone 16 smartfon seriyası ilə birlikdə həmçinin Apple Watch Series 10 smart saatını da təqdim etməlidir. İndi isə 91mobiles saytı sözügedən smart saatın CAD render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş CAD render fotolara əsasən Apple Watch Series 10-un xarici görünüşündə bir dəyişiklik olmayacaq və o, keçən ilki Apple Watch Series 9-a bənzəyəcək. Lakin bununla belə məlumatda qeyd edilib ki, Apple Watch Series 10 daha böyük ölçülü ekranı əldə edəcək.
         Söhbət, 2 düym ölçülü ekrandan gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Apple Watch Series 9 modeli 1.7 düym ölçülü ekrana, Apple Watch Ultra modeli isə 1.93 düym ölçülü ekrana sahibdir. CAD render fotolardan da göründüyü kimi Apple Watch Series 10-da fiziki düymənin yeri dəyişilməz olaraq qalacaq. O, smart saatın sağ hissəsində yerləşəcək. Daha öncəki məlumat sızıntılarına əsasən Apple şirkətinin bu yeni smart saatı daha böyük həcmli batareyanı da əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 üçün olan keys video vasitəsilə sərgilənib
    iphone-16-ucun-olan-keys-video-vasitesile-sergilenib
    Apple, iPhone istehsalında artıq daha az insan əməyindən istifadə edəcək!
    apple-iphone-istehsalinda-artiq-daha-az-insan-emeyinden-istifade-edecek
    Apple şirkəti, qaydaları pozduğuna görə, yenidən Avropada mühakimə olunur!
    apple-sirketi-qaydalari-pozduguna-gore-bir-daha-avropada-muhakime-olunur
    iPhone 16 Pro modelləri təkmilləşdirilmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər
    iphone-16-pro-modelleri-tekmille
    Gələcək iPhone-larda fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanı reallaşdırıla bilər
    gelecek-iphone-larda-ferdi-sekilde-deyisdirile-bilen-arxa-paneller-imkani-reallasdirila-biler