Logo
    main-post-cover

    Apple Watch Series 11 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    10.09.2025
    Emil
         Apple şirkəti Watch Series 11 ağıllı saatını təqdim etdi. Xarici görünüşcə o, əvvəlki modelə bənzəyir, lakin bununla belə Apple-ın ən incə ağıllı saatıdır. Yeni cihaz sağlamlıq monitorinqi funksiyaları, 5G mobil rabitəsi və daha möhkəm şüşə ilə təchiz olunub. Apple Watch Series 11 - Apple-ın 5G dəstəyinə və yenilənmiş mobil rabitə antenasına sahib ilk ağıllı saatıdır. Bu anten zəif siqnal olan zonalarda daha yaxşı şəbəkə əhatəsini təmin edir. Bu saat sinxron tərcümə funksiyasını dəstəkləyir. Həmçinin Apple Watch Series 11 şirkətin hipertoniyanın monitorinqi funksiyasına malik ilk ağıllı saatıdır.
         Bu funksiya optik ürək ritmi sensorundan istifadə edir, lakin yalnız sorğu əsasında nəticə təqdim etmək əvəzinə, arxa planda işləyir. Saat 30 gün ərzində məlumat toplayaraq analiz edir və hipertoniyanın inkişafına işarə edə biləcək əlamətləri müəyyənləşdirir. Yuxunun qiymətləndirilməsi funksiyası isə yuxunun müddəti və fazaları kimi göstəriciləri analiz edərək istifadəçiyə gecə istirahətinin keyfiyyətini daha düzgün qiymətləndirməyə kömək edir. Apple bildirib ki, Watch Series 11 24 saata qədər enerji yığmadan çalışa bilir. Ağıllı saat yeni Apple Ion-X qoruyucu şüşə ilə təchiz edilib.
         Bu şüşədə atom səviyyəsində tətbiq edilən keramika hissəciklərindən ibarət örtük istifadə olunur ki, bu da əvvəlki nəsillə müqayisədə onu cızıqlara qarşı 2 dəfə daha davamlı edir. Watch Series 11 2 versiyada təklif olunur. Birinci versiya 42 mm-lik gövdə ölçüsünə, ikinci versiya isə 46 mm-lik gövdə ölçüsünə sahibdir. Cihazın ekranının maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Ağıllı saat S10 prosessoru vasitəsilə çalışır və özündə 64 GB-lıq daxili yaddaş həcmini birləşdirir. Watch Series 11 19 sentyabr tarixində satışa çıxacaq və qiyməti 399$-dan start götürəcək.
    Paylaş