Logo
    main-post-cover

    Apple Watch Series 11 rekord endirimlə satışa çıxdı

    Cihazlar+
    14.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple Watch Series 11 ağıllı saatı hazırda tarixinin ən aşağı qiymətlərindən birinə satılır. ABŞ-də keçirilən yeni endirim kampaniyası çərçivəsində cihazın 42 mm GPS versiyası Amazon, Best Buy və Target mağazalarında 299 dollara təklif olunur. Bu isə standart satış qiymətindən 100 dollar daha ucuz deməkdir. Daha böyük ekran istəyənlər üçün 46 mm model də endirimə düşüb və onun baza GPS versiyası 329 dollardan satışa çıxarılıb.
        Apple-ın son nəsil əsas ağıllı saat modeli olan Apple Watch Series 11 əvvəlki nəsil ilə müqayisədə inqilabi yeniliklər təqdim etməsə də, xüsusilə köhnə model istifadəçiləri üçün yaxşı yenilənmə variantı hesab olunur. Şirkət bildirir ki, bu model indiyə qədər təqdim edilmiş ən sürətli və ən dözümlü standart Apple Watch modelidir.
        Saat parlaq və geniş baxış bucaqlı OLED ekranla təchiz olunub ki, bu da günəş işığında və fərqli bucaqlardan istifadədə görüntünü daha rahat edir. Batareya ömrü də əvvəlki Series modellərlə müqayisədə yaxşılaşdırılıb. Standart istifadədə 24 saata qədər, enerji qənaət rejimində isə 38 saata qədər çalışma müddəti təqdim edilir. Bundan əlavə, cihaz cəmi 30 dəqiqəyə 80 % enerji yığa bilir.
        Sağlamlıq funksiyaları baxımından Apple Watch Series 11 istifadəçilərə yüksək təzyiq xəbərdarlıqları, yuxu analizi, ovulyasiya izləmə, yuxu apnesi aşkarlanması və yıxılma detektoru kimi imkanlar təqdim edir. Yeni watchOS 26 sistemi ilə birlikdə isə istifadəçilər Workout Buddy adlı real vaxt məşq köməkçisi, ekran toxunmadan idarəetmə jestləri və digər ağıllı funksiyardan yararlana bilirlər. Ümumilikdə Apple Watch Series 11 xüsusilə Series 5 və ya Series 6 kimi köhnə modellərdən istifadə edən şəxslər üçün əhəmiyyətli yenilənmə hesab oluna bilər.
    Paylaş