Apple Watch Series 12 və Ultra 4-də yalnız xırda yeniliklər gözlənilir
Apple şirkətinin bu il təqdim edəcəyi Apple Watch Series 12 və Apple Watch Ultra 4 modellərində böyük dizayn dəyişikliyi gözlənilmir. Yeni saatların sentyabrın 9-da təqdim olunacağı ehtimal edilir və əsas yeniliklər xırda təkmilləşdirmələrlə məhdudlaşacaq. Şirkət daha genişmiqyaslı yenilənməni hər iki model üçün gələn ilə saxlayır.
Apple Watch Series 12 üçün ağ və boz rəngli keramika korpusları sınaqdan keçirilib. Hələlik şirkətin hər iki variantı satışa çıxaracağı, yoxsa rənglərdən yalnız birini seçəcəyi məlum deyil. Apple eyni zamanda saatlarla birlikdə çoxsaylı yeni qayış rəngləri və konfiqurasiyaları təqdim etməyə hazırlaşır.
Sınaqdan keçirilən digər yenilik ürək döyüntüsü sensorunun məlumatları fasiləsiz toplamasıdır. Hazırkı sistem ölçmələri təsadüfi intervallarla və ya məşq zamanı aparır. Apple həmçinin fitnes və sağlamlıq tətbiqlərini yeniləyərək istifadəçilərə sağlamlıq və ümumi rifahla bağlı daha çox göstərici təqdim etməyi planlaşdırır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...