Logo
    main-post-cover

    Apple Watch Series 9 ilə Watch Ultra 2-nin ABŞ-da satışları qadağan edildi

    Cihazlar+
    27.12.2023
    Emil
         21 dekabr tarixində məlum oldu ki, Apple şirkətinin Watch Series 9Watch Ultra 2 smart saatlarının ABŞ-da satışları qadağan ediləcək. Nəticədə ABŞ Beynəlxalq Ticarət Komissiyası bu qadağanı tətbiq etdi. Lakin həmin vaxtda ABŞ prezidenti Joe Biden-ın administrasiyası komissiyanın bu qərarına veto tətbiq edə bilərdi. Görünür, prezident administrasiyası bu qərara veto tətbiq etməkdən imtina edib. Beləliklə hal-hazırda ABŞ-da sözügedən smart saatların satışları qadağan edilib.
         Lakin digər ölkələrdə smart saatları rahatlıqla almaq olar. Apple Watch Series 9 ilə Watch Ultra 2-nin ABŞ-da satışlarının qadağan edilməsinin əsas səbəbi ondadır ki, Apple şirkəti qandakı oksigen miqdarının ölçülməsi texnologiyası mövzusunda Masimo şirkətinin patentini pozub. ABŞ Beynəlxalq Ticarət Komissiyası Masimo şirkətinin bu iddiasını qəbul edərək qadağanı tətbiq edib. Apple şirkəti smart saatların ABŞ bazarında satışlarını bərpa etmək üçün aşağıdakı variantlardan istifadə edə bilər.
    - Apelyasiya məhkəməsinə müraciət etmək
    - Masimo şirkəti ilə razılığa gəlmək
    - Patentləşdirilmiş texnologiyaları əvəzləmək.
         Apple şirkətinin Reuters saytına vermiş olduğu məlumata əsasən o artıq apelyasiya məhkəməsinə müraciət edib və smart saatlarda yaranmış bu problemin software səviyyəsində həll üsulunu axtarır.
    Paylaş