Logo
    main-post-cover

    Apple Watch Series 9 və Wacth Ultra 2 smart saatlarının ABŞ-dakı satışları müəyyən müddətlik bərpa edilir

    Cihazlar+
    28.12.2023
    Emil
         Bir neçə gün bundan öncə Apple şirkətinin Watch Series 9Watch Ultra 2 smart saatlarının ABŞ-da satışlarına qadağa qoyuldu. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple öz smart saatlarını ABŞ bazarında müəyyən müddətlik yenidən satışa çıxara bilər. Qeyd etmək lazımdır ki, sözügedən smart saatların ABŞ bazarında satışlarını dayandırmaq qərarını ABŞ Beynəlxalq Ticarət Komissiyası (ITC) təyin etmişdi. Məsələ burasındadır ki, Apple bu smart saatlarda qandakı oksigen miqdarının ölçülməsi texnologiyası ilə bağlı Masimo adlı şirkətin patentini pozub. Şirkət isə bu cür iddia ilə razılaşmayıb və apelyasiya məhkəməsinə müraciət edib.
         Şirkət apelyasiya məhkəməsindən smart saatların satışlarının qadağan olunması qərarını müəyyən müddətlik aradan qaldırmasını xahiş edib. Belə ki, şirkət mövcud mövzudakı problemdən yan  keçmək üçün smart saatlarda reallaşdırılan dəyişikliklərin kifayət edib-etmədiyini bilmək istəyir. Buna isə ABŞ gömrük orqanı qərar verməlidir. Nəticədə apelyasiya məhkəməsi Apple şirkətinin xahişini yerinə yetirib. Beləliklə şirkət 12 yanvar tarixinə kimi Watch Series 9 və Watch Ultra 2 smart saatlarının satışlarını bərpa edə bilər. 12 yanvar tarixində isə mövcud problemlə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.
    Paylaş