Logo
    main-post-cover

    Apple Watch, təyyarə sərnişininin həyatını xilas etdi!

    Cihazlar+
    31.01.2024
    Aslan
         Bir çoxlarımız "Apple Watch" saatlarını gündəlik həyatda yalnız müxtəlif tibbi ölçmələr və idman xüsusiyyətləri üçün istifadə etsək də, bu tip elektron saatların bəzən həyatımızda qurtarıcı rola oynaya biləcəyini unutmamaq lazımdır. Eyni ilə təyyarədə səyahət edən yaşlı qadının başına gələnlər kimi.
         Belə ki, 2024-cü il yanvarın 9-da Ryanair aviaşirkətinin Birmingemdən (İngiltərə) Verona, İtaliya reysi ilə uçuş edən yaşlı qadın anidən nəfəs darlığından əziyyət çəkməyə başlayıb. Bu zaman ekipaj üzvü təyyarədə həkim olub-olmadığını soruşub və sərnişinlərdən biri olan 43 yaşlı həkim Rashid Diaz könüllü olmaq istədiyini bildirib. Yaşlı qadın əvvəlcə həkimin suallarına cavab verməsə də, Diaz keçmişdə qadının ürək problemlərinin olduğunu öyrənib və stüardessadan onun "Apple Watch" saatını istəyib. Daha sonra, həkim saatın qandakı oksigen miqdarını ölçən xüsusiyyətindən istifadə edərək qadının oksigen miqdarından əziyyət çəkdiyini başa düşüb. Bundan sonra Diaz, təyyarə eniş edənə qədər oksigen balonundan istifadə edərək qadının oksigen miqdarını sabitləşdirməyi bacarıb. Bir qədər sonra qadına əlavə tibbi yardım göstərilməyə başlanılıb və onun tez bir zamanda sağaldığı bildirilir.
         Həkim Diaz-ın sözlərinə görə, o, uçuş zamanı "Apple Watch"u istifadə etmək barədə öyrəndiyi texnikaları tətbiq edib və bu kimi qadcetlərin fövqəladə hallar zamanı necə köməyə çata biləcəyinə dair bir dərs olduğunu vurğulayıb.
         Lakin "Apple Watch"un sahib olduğu bu xüsusiyyət, bir şirkət tərəfindən açılmış məhkəmə işində iddiaya əsasən mülkiyyət hüquqlarını pozduğuna görə, bəzi "Apple" saatlarında qadağan edilib.
    Paylaş