
Apple Watch üçün nəzərdə tutulmuş kiçik ölçülü fənər patentləşdirilib
Cihazlar+
11.12.2023
Emil
Apple şirkəti yeni məhsullarının və ya artıq mövcud məhsulları üçün nəzərdə tutulmuş texnologiyaları patentləşdirməyə davam edir. Bu dəfə şirkət smart saat kəmərinə bərkidilən və ya smart saatın özünün bir hissəsi ola biləcək kiçik ölçülü fənəri patentləşdirib. Patent sənədlərinə əsasən bu cür fənər öz daxilində smart saatın enerji səviyyəsinə heç bir təsir göstərməyəcək fərdi batareyaya sahib olmalıdır. Lakin bununla belə fənəri smart saat vasitəsilə idarə etmək mümkün olacaq. Bununla yanaşı patent sənədlərində qeyd edilib ki, fənərin gövdəsi su keçirtməz olacaq. Bu cür fənərin ayrıca satışa çıxacağı və ya növbəti Apple Watch modelinin komplektində olacağı bilinmir.



Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
