Logo
    main-post-cover

    Apple Watch Ultra 3 smart saatı peyk rabitəsi imkanını əldə edə bilər

    Cihazlar+
    11.12.2024
    Emil
         Apple şirkətinin gələn il Apple Watch Ultra 3 smart saatını təqdim edəcəyi gözlənilir. İndi isə məlum olub ki, şirkət təqdim olunacaq bu yeni smart saat insanların həyatlarını qurtarmağa yardımçı olacaq funksiyanı əldə edə bilər. Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple Watch Ultra 3 peyk rabitəsi vasitəsilə mesajların göndərilməsi funksiyasını əldə edəcək.
         Bu, Apple şirkətinin smart saat seriyasında reallaşdırılacaq ilk belə bir funksiya olacaq və onun vasitəsilə istifadəçilər hətta mobil rabitə ilə Wi-Fi bağlantısının olmadığı ərazilərdə əlaqədə qalmağı bacaraqlar. Bu cür imkan fövqəladə hallar zamanı çox faydalı ola bilər. Qeyd etmək lazımdır ki, şirkət iPhone smartfonlarında peyk rabitəsi vasitəsilə əlaqə imkanını artıq reallaşdırıb və bu imkan müəyyən sayda insanın həyatını qurtarıb.
    Paylaş