
Apple Watch Ultra-nın nə zaman micro-LED ekrana keçid edəcəyi məlum olub
Cihazlar+
18.12.2023
Emil
TrendForce tədqiqat şirkətinin məlumatlarına əsasən bir neçə ildən sonra Apple şirkətinin Watch Ultra smart saatları micro-LED ekranlara keçid edəcəklər. Apple şirkətinin smart saatlarının micro-LED ekranlara keçid edəcəkləri barəsində məlumatlar daha öncə də ortaya çıxıb. Lakin həmin məlumatlarda bunun 2025-ci ildə baş verəcəyi qeyd edilirdi. TrendForce şirkətinin məlumatlarında isə qeyd edilib ki, Apple Watch Ultra micro-LED ekrana yalnız 2026-cı ildə keçid edəcək.
Məlumata əsasən micro-LED ekran hal-hazırki Watch Ultra-da istifadə edilən OLED ekrandan 2-3 dəfə daha baha başa gələcək. Bundan əlavə olaraq gələcək Watch Ultra-da istifadə ediləcək micro-LED ekranın ölçüsü böyüyəcək. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Watch Ultra modeli 1.93 düym ekrana sahibdir. 2026-cı ildəki Watch Ultra isə təqribi olaraq 2.12 düym ekranla təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
