
Apple WWDC 2024 çərçivəsində yeni cihazlar təqdim etməyəcək
Cihazlar+
04.06.2024
Emil
10 iyun tarixində Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransı start götürəcək. Sözügedən konfransda əsas diqqət şirkətin əməliyyat sistemlərinin yeni versiyalarına ayrılsa da Apple bəzən WWDC-də yeni cihazlarını da təqdim edir. Məsələn şirkət keçən ilki WWDC-də 15 düym ölçülü ekrana sahib MacBook Air-i təqdim etmişdi. Lakin bu ilki WWDC yeni cihazların təqdimatı mövzusunda istisna tədbir ola bilər.
Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti bu ilki WWDC-də hər hansısa yeni cihazı təqdim etməyəcək. İnsayder bildirib ki, Apple bu bu dəfəki WWDC-də bütün diqqətini proqram təminatı məhsullarına ayıracaq. Təbii ki, bu mövzuda əsas məsələ süni zəka funksiyaları ilə bağlı olacaq. Belə ki, şirkət süni zəka funksiyalarını öz əməliyyat sistemlərinin bütün yeni versiyalarına inteqrasiya etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, WWDC 2024 konfransı 14 iyun tarixinə kimi davam edəcək. Konfrans çərçivəsində şirkət iOS 18-i, iPadOS 18-i, macOS 15-i, watchOS 11-i və s. təqdim edəcək.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
