Logo
    main-post-cover

    Apple yaddaş qiymətləri ilə mübarizə aparır

    Cihazlar+
    29.04.2026
    Sevinj
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, John Ternus-un Apple şirkətində CEO vəzifəsinə gəlməsi böyük hadisə kimi qiymətləndirilsə də, onun ilk dönəmi kifayət qədər çətin problemlərlə müşayiət olunacaq. Ən ciddi məsələlərdən biri isə qlobal bazarda operativ yaddaşın (RAM) qiymətlərinin kəskin artmasıdır.
    Smiling factory worker in pink lab coat and cap stands at an electronics assembly station, handling a large metal server component with computer racks and equipment in the background
        Məlumata görə, son aylarda RAM qiymətləri bir neçə dəfə bahalaşıb və bu, ümumilikdə elektronika sektoruna təsir edir. İndiyədək Apple uzunmüddətli müqavilələr sayəsində bu artımın təsirini minimuma endirə bilirdi. Lakin analitiklər hesab edir ki, bu strategiya uzun müddət davam etməyəcək və artıq şirkət də qiymət təzyiqi ilə üzləşəcək.
        Hazırda iPhone istehsalında yaddaş komponentləri ümumi xərclərin təxminən 10 faizini təşkil edir. Amma proqnozlara görə, bu göstərici 2026-cı ilin sonuna qədər 45 faizə qədər arta bilər. Bu isə gələcək iPhone modellərinin maya dəyərinə və potensial olaraq satış qiymətlərinə birbaşa təsir göstərə bilər.
        RAM bazarında yaranmış gərginliyin əsas səbəblərindən biri süni intellekt infrastrukturlarına olan tələbatın sürətlə artmasıdır. Böyük texnologiya şirkətləri yaddaş istehsalçıları ilə əvvəlcədən milyardlarla dollarlıq müqavilələr bağlayaraq istehsal gücünü “bloklayır”. Bu isə Apple kimi nəhəng şirkətlərin belə bazarda əvvəlki kimi dominant mövqedə olmasını çətinləşdirir.
     
    Paylaş