Logo
    main-post-cover

    Apple Yaponiyada iOS-u üçüncü tərəf tətbiq mağazalarına açır

    Cihazlar+
    18.12.2025
    Sevinc
        Technote.az "The Verge” platformasına istinadən bildirir ki, Apple Yaponiyada iOS App Store qaydalarında dəyişiklik etdiyini açıqlayıb. Şirkət bu addımı ölkədə qüvvəyə minən yeni qanunvericiliyə uyğunlaşmaq məqsədilə atdığını bildirir. Dəyişikliklər nəticəsində iOS istifadəçiləri üçün üçüncü tərəf tətbiq mağazalarına və alternativ ödəniş sistemlərinə icazə veriləcək.
    Apple announces changes to iOS in Japan - Apple
        Yeni qaydalara əsasən, Yaponiyadakı tərtibatçılar artıq tətbiqlərini Apple App Store-dan kənar alternativ mağazalar vasitəsilə də yayımlaya biləcəklər. Avropa İttifaqında olduğu kimi, AltStore PAL platformasının da ilin sonuna qədər Yaponiyada fəaliyyətə başlaması gözlənilir. Apple isə üçüncü tərəf mağazalarda edilən tətbiqdaxili alışlardan 5 faiz komissiya alacaq.
        Bundan əlavə, App Store-da yerləşdirilən tətbiqlərə Apple-ın öz ödəniş sistemi ilə yanaşı alternativ ödəniş üsullarından istifadə etməyə və ya istifadəçiləri birbaşa xarici veb-saytlara yönləndirməyə icazə veriləcək. Apple tətbiqdaxili alışlar üçün komissiyanı maksimum 21 faiz səviyyəsində saxlayacaq, tətbiqdən yönləndirilən veb-sayt üzərindən alınan rəqəmsal məhsullara görə isə 15 faiz komissiya tətbiq edəcək.
     
    Paylaş