main-post-cover

    Apple yaxın gələcəkdə iPhone ekranlarında Face ID üçün olan çıxıntı hissədən imtina edə bilər

    Cihazlar+
    11.01.2023
    Emil Nəcəfov
        Apple smartfonlarını onların ekranları üzərində Face ID və ön kamera üçün nəzərdə tutulmuş ənənəvi çıxıntı hissə vasitəsilə tanımaq olar. Lakin yaxın gələcəkdə bu vəziyyət dəyişə bilər. Belə ki, Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən şirkət iPhone-larda Face ID sistemini ekranın alt hissəsinə yerləşdirmək niyyətindədir. Məlumatda həmçinin bunun hansı iPhone seriyasından başlayacağı da qeyd edilib. The Elec saytı məşhur insayder Ross Young-ın hesabatına əsaslanaraq qeyd edib ki, Apple 2024-cü ildə Face ID sistemini iPhone 16 Pro-nun ekrannın alt hissəsinə yerləşdirəcək.
        Məlumata əsasən bu halda iPhone 16 Pro-nun ekranı üzərində sadəcə ön kamera üçün nəzərdə tutulmuş kiçik ölçülü çıxıntı hissə yerləşəcək. Şirkət ekran üzərindəki çıxıntı hissədən tamamilə 2026-cı ildəki iPhone 18 Pro-da imtina edə biləcək. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, şirkətin öz smartfonlarında ön kameranı ekranın alt hissəsinə yerləşdirməməsinin böyük ehtimal ilə səbəbi ondadır ki, bu halda çəkilən fotolar aşağı keyfiyyətə sahib olurlar. Face ID sisteminə gəldikdə isə onun ekranın alt hissəsinə yerləşdirilməsi halında istifadəçi üzünün sürətli və keyfiyyətli şəkildə skanını təmin etmək üçün şirkətə əlavə vaxt lazım olacaq.
    Linki kopyala