Logo
    main-post-cover

    Apple yaxın həftələr ərzində növbəti təqdimat tədbirini keçirtməlidir

    Cihazlar+
    16.09.2024
    Emil
         Apple şirkəti 1 həftə bundan öncə keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində iPhone 16 smartfon seriyasını, Apple Watch Series 10 smart saatını və AirPods 4 naqilsiz qulaqlığını təqdim etdi. Lakin görünür, şirkət bu cihazlarla yetinmək niyyətində deyil. Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple yaxın həftələr ərzində daha bir təqdimat tədbiri keçirəcək. Çox güman ki, şirkətin növbəti təqdimat tədbiri oktyabr ayında baş tutacaq. Son 5 ildə şirkət sentyabrdan sonrakı potensial təqdimat tədbirini həmişə oktyabr ayında keçirir. İnsayderin fikrincə baş tutacağı gözlənilən növbəti tədbirdə şirkətin təqdim edəcəyi yeni cihazlar aşağıdakılar olacaq.
    - M4, M4 ProM4 Max prosessorlarına sahib 1416 düym ekranlı MacBook Pro modelləri
    - M4 prosessoruna sahib iMac
    - Mac mini
    - iPad mini 7.
     
    Paylaş