main-post-cover

    Apple yaxın zamanda bəzi cihazlarının istehsalını dayandıra bilər

    Cihazlar+
    07.10.2024
    Emil Nəcəfov
         Apple şirkəti keçən ay iPhone 16 smartfonlarını təqdim etdi. Yaxın zamanda isə şirkət yeni Mac kompüterlərini və iPad planşetlərini təqdim etməlidir. Yeni Mac kompüterləri və iPad planşetlərinin təqdimatları ilə daha köhnə versiyaların istehsalının dayandırılması gözlənilir. Gözləntilərə əsasən Apple yaxın zamanda 14 16 düym ekranlı MacBook Pro noutbukunun M4, M4 Pro M4 Max prosessorlarına sahib versiyalarını təqdim edəcək. Bu isə o deməkdir ki, hal-hazırda aktual olan M3 prosessorlu MacBook Pro modellərinin istehsalı dayandırıla bilər.
         Bundan əlavə olaraq üstəlik Mac mini kompüterinin M4 və M4 Pro prosessorlarına sahib versiyalarının təqdim olunacaqları gözlənilir. Bu halda 2023-cü ilin əvvəlində satışa çıxmış M2 prosessorlu Mac mini modelinin istehsalı dayandırıla bilər. Şirkət həmçinin yaxın zamanda M4 vasitəsilə çalışan yeni iMac modelini də təqdim edə bilər. Bununla da böyük ehtimal ilə M3 prosessorlu iMac-ın istehsalı dayandırılacaq. iPad planşetlərinə gəldikdə, Apple yaxın zamanda 7-ci nəsil iPad mini modelini və iPad 11-i təqdim etməlidir. 7-ci nəsil iPad mini modelinin Apple A18 prosessoru vasitəsilə çalışacağı gözlənilir. iPad mini 7-nin təqdimatı ilə isə çox güman ki, iPad mini 6-nın istehsalı dayandırılacaq. iPad 11 halında isə istehsalı dayandırılacaq model iPad 10 olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 17 Air olduqca nazik ekranı əldə edəcək
    iphone-17-air-olduqca-nazik-ekrani-elde-edecek
    Növbəti iPad Air planşetinin hansı prosessor vasitəsilə çalışacağı məlum olub
    novbeti-ipad-air-plansetinin-hansi-prosessor-vasitesile-calisacagi-melum-olub
    Növbəti iPhone SE-nin hansı prosessoru və arxa kameranı əldə edəcəyi açıqlanıb
    novbeti-iphone-se-nin-hansi-prosessoru-ve-arxa-kamerani-elde-edeceyi-aciqlanib
    Apple Macintosh-un ilk prototipi rekord qiymətə satışa çıxarılacaq
    apple-macintosh-un-ilk-prototipi-rekord-qiymete-satisa-cixarilacaq
    6000 saxta iPhone ilə Apple-ı aldadan 2 çinli şəxs saxlanılıb!
    6000-saxta-iphone-ile-apple-i-aldadan-2-cinli-sexs-saxlanilib