Logo
    main-post-cover

    Apple yeni Hermes qayış kolleksiyasını təqdim etdi

    Cihazlar+
    04.03.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Inc. təqdimat həftəsi çərçivəsində yalnız texnoloji yeniliklərlə deyil, həm də moda yönümlü məhsullarla diqqət çəkib. Şirkət məşhur fransız moda evi Hermès ilə əməkdaşlıq çərçivəsində Apple Watch üçün üç yeni premium qayışı satışa çıxarıb.
        Yeni kolleksiyaya hər biri 349 dollar qiymətində olan üç model daxildir: Neo Tricot, H Double Jeu və Kilim Single Tour. Bu modellər daha əvvəl təqdim edilən 549 dollarlıq Scub’H və 449 dollarlıq En Mer seriyalarından sonra mağazaya əlavə olunub.
        Kilim Single Tour modeli altı rəng variantında təqdim edilir: Grege (açıq qəhvəyi), Jaune (sarı – yalnız 46 mm), Blanc (ağ), Noir (qara), Orange və Bleu Pastel (açıq mavi – yalnız 46 mm). Bəzi rənglər həm 42 mm, həm də 46 mm ölçülərdə mövcuddur.
        H Double Jeu qayışı isə iki fərqli rəng kombinasiyası ilə gəlir. Yarısı qara, yarısı boz olan model və ton fərqli açıq qəhvəyi (fawn) versiyası. Hər iki variant 42 mm və 46 mm ölçülərində satılır.
        Neo Tricot modeli dörd rəng seçimi ilə təqdim olunur: Bleu Gris (yalnız 42 mm), Argile (yalnız 46 mm), Bleu Nuit (tünd mavi) və Capucine (qırmızı). Son iki rəng hər iki ölçüdə mövcuddur.
        Apple bununla yanaşı, Hermès brendi ilə hazırlanan xüsusi Apple Watch modellərinin satışını da davam etdirir. Yeni qayışlar texnologiya ilə lüks modanı birləşdirərək istifadəçilərə daha fərdiləşdirilmiş stil seçimləri təqdim etməyi hədəfləyir.
    Paylaş