
Apple yeni iPad planşetlərini may ayında təqdim edə bilər
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti yeni iPad planşetlərini ya mart ayının sonunda ya da aprel ayının əvvəlində təqdim edə bilər. Lakin verilmiş yeni məlumata əsasən yeni iPad planşetlərini yaxın 1 ay ərzində gözləmək lazım deyil. Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple öz yeni iPad modellərinin təqdimatlarını may ayına kimi təxirə salıb. Məlumata əsasən bu, şirkətin yeni iPad modelləri üçün nəzərdə tutulmuş proqram təminatını hazırlayıb bitirə bilməməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Apple yaxın zamanda yeni iPad Pro və iPad Air modellərini təqdim etməlidir. Sözügedən planşetlərin yeni modelləri fərqli ekran variantlarında təqdim olunacaqlar. Yeni iPad Pro-da gözlənilən əsas yenilik isə planşetin OLED ekrana keçididir.
apple ipad
apple
ipad air 2024
apple ipad pro
apple ipad pro 2024
ipad pro 2024
apple ipad air
apple ipad air 2024
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...