
Apple yeni iPad planşetlərinin təqdimatlarını anons edib
Cihazlar+
24.04.2024
Farid
Apple şirkəti öz növbəti təqdimatını anons edib. Şirkətin anonsuna əsasən növbəti təqdimat 7 may tarixində baş tutacaq. Apple şirkətinin öz YouTube kanalında öncədən yerləşdirmiş olduğu canlı yayım videosu 7 may tarixində hansı məhsulların təqdim olunacaqlarına bilavasitə işarə edir. Belə ki, 7 may tarixində baş tutacaq təqdimat yeni iPad planşetlərinə həsr olunacaq. Qeyd etmək lazımdır ki, şirkət M3 prosessoru vasitəsilə çalışan OLED ekranlı yeni iPad Pro modellərini və yeni iPad Air modellərini təqdim etməlidir. Son məlumat sızıntılarına əsasən təqdim ediləcək iPad Air modellərindən biri 12.9 düym ölçülü ekrana sahib olacaq. Bununla yanaşı 7 may tarixində növbəti adi iPad ilə iPad mini modellərinin də təqdim olunacaqları istisna edilmir. Üstəlik şirkət üçüncü nəsil Apple Pencil stilusunu da təqdim edə bilər.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
