Logo
    main-post-cover

    Apple yeni iPhone modellərinin ekranlarındakı çıxıntı hissədən imtina edə bilər

    Cihazlar+
    18.02.2021
    Emil
        Son iPhone modellərinin ekranları üzərlərində olan geniş çıxıntı hissə heç də hamının ürəyincə olmadı. Lakin məlumata əsasən yaxın zamanda Apple şirkətinin smartfonlarının dizaynlarında dəyişiklik olacaq. İnsayderlərin verdikləri məlumata əsasən Apple artıq öz smartfonlarının ekranları üzərindəki çıxıntı hissədən imtinanı nəzərdən keçirdir. İnsayderlər bildiriblər ki, Apple şirkəti ekranı üzərində çıxıntı hissə olmayan iPhone 13 prototipini test edir. Məlumatda qeyd edilib ki, Apple bu cür addımı dünyada olan vəziyyət səbəbilə ata bilər.
        Belə ki, dünyada olan pandemiya zamanı iPhone istifadəçilərinin qoruyucu maskalardan istifadə edərək Face ID texnologiyasından yararlanmaqları mümkünsüzdür. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu ilki iPhone modellərində ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını reallaşdıra bilər. Bu isə Face ID texnolgiyasına alternativ variant ola bilər. Lakin çıxıntı hissənin olmayacağı halında ön kameranın harda yerləşəcəyi sual doğurur. 
    Paylaş
    Bənzər xəbərlər