
Apple yeni Mac kompüterlərini və aksesuarlarını gələn həftə təqdim edə bilər
Cihazlar+
23.10.2024
Emil
Son məlumatlara əsasən Apple şirkəti yeni Mac kompüterlərini və bir sıra aksesuarını təqdim etməyə hazırlaşır. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində şirkətin təqdim olunacaq yeni məhsullarını və təqdimatın nə zaman baş tutacağını açıqlayıb. Beləliklə Gurman-ın sözlərinə əsasən Apple öz yeni məhsullarını artıq gələn həftə təqdim edəcək. Təqdimatın keçiriləcəyi dəqiq tarix açıqlanmasa da, bu, çox güman ki, ya çərşənbə axşamı ya da çərşənbə baş tutacaq. İnsayder bildirib ki, Apple Los-Ancelesdə baş tutacaq hansısa tədbirinə jurnalistləri və blogerləri dəvət etməklə bu məlumatı təsdiqləmiş olub. Gözləntilərə əsasən Apple gələn həftə M4 prosessorlarına sahib yeni Mac kompüterlərini və bir sıra yeni aksesuarını təqdim edəcək. Siyahı aşağıdakı kimidir.
- 5 ədəd USB-C girişinə sahib kompakt ölçülü yeni Mac mini
- M4 prosessoruna sahib 14 düym ekranları MacBook Pro
- M4 Pro və M4 Pro Max prosessorlarına sahib 14 və 16 düym ekranlı MacBook Pro
- M4 prosessoruna sahib yeni iMac
- USB-C girişinə sahib Magic Mouse, Magic Trackpad və Magic Keyboard aksesuarları.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
