main-post-cover

    Apple yeni naqilsiz Beats qulaqlığını hazırlayır

    Cihazlar+
    28.02.2024
    Emil Nəcəfov
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Apple şirkəti Beats Solo seriyasının yeni naqilsiz qulaqlığı üzərində çalışır. Söhbət, Beats Solo 4-dən gedir. Sözügedən naqilsiz qulaqlığın fotosu iOS 17.4 Release Candidate-in kodunda aşkar edilib. Fotodan da görmək olar ki, Beats-in yeni naqilsiz qulaqlığı bazarda minimum 3 gövdə rəngində satışa çıxacaq. Qara, çəhrayı və mavi. Yeni naqilsiz qulaqlıq xarici görünüşcə Beats Studio Pro-ya bənzəyəcək. Beats Solo 4 özündə bir neçə idarəetmə düyməsini və Spatial Audio həcmli səs texnologiyasının dəstəyini birləşdirəcək. Qulaqlıq çox güman ki, USB-C girişinə sahib olacaq. Beats Solo 4-ün bu il ərzində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple öz elektromobil layihəsini ləğv edib
    apple-oz-elektromobil-layihesini-legv-edib
    iPhone 17 və iPhone 17 Plus 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edə bilərlər
    iphone-17-ve-iphone-17-plus-120-hz-lik-tesvir-yenilenmesine-sahib-ekrani-elde-ede-bilerler
    Microsoft dəfələrlə Bing-i Apple şirkətinə satmaq təklifini edibmiş
    microsoft-defelerle-bing-i-apple-sirketine-satmaq-teklifini-edibmis
    Apple yeni növ cihazlar üzərində çalışır
    apple-yeni-nov-cihazlar-uzerinde-calisir
    Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
    apple-vision-pro-nun-butun-komponentlerinin-umumi-deyeri-ne-qederdir