main-post-cover

    Apple yeni növ cihazlar üzərində çalışır

    Cihazlar+
    27.02.2024
    Emil Nəcəfov
         Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkəti özünün smart üzüyünü hazırlamağı nəzərdən keçirir. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple hal-hazırda bir neçə növ taxıla bilən yeni cihazın hazırlanmasını nəzərdən keçirir. İnsayderin sözlərinə əsasən smart üzük hələ hazırlanma mərhələsində deyil. Bununla belə insayder qeyd edib ki, Apple smart eynək üzərində çalışmağa başlayıb. Onun sözlərinə əsasən Apple tərəfindən hazırlanan smart eynək Vision Pro-dan ucuz olmalı və özündə süni zəka funksiyalarını birləşdirməlidir. Gurman bildirib ki, Apple hətta kameraya sahib yeni növ AirPods üzərində də çalışmış ola bilər. Lakin bu halda naqilsiz qulaqlıqlarda kameranın hansı məqsədlə istifadə ediləcəyi məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
    apple-vision-pro-nun-butun-komponentlerinin-umumi-deyeri-ne-qederdir
    iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
    iphone-16-pro-ucbucaq-formasinda-arxa-kamera-dizayni-elde-ede-biler
    Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
    ekrana-sahib-novbeti-nesil-apple-homepod-ne-zaman-satisa-cixacaq
    Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb
    apple-vision-pro-nun-qoruyucu-susesi-uzerinde-catlar-emele-gelmeye-baslayib
    Apple iMessage tətbiqində kvant kompüterlərdən qorunma tədbirini görüb
    apple-imessage-tetbiqinde-kvant-komputerlerden-qorunma-tedbirini-gorub