Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Mobil Cihazlar
05.05.2021 PAYLAŞIM

    Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xarici istiqamətdə qatlanır. Smartfonun əsas özəlliyi isə ondan ibarətdir ki, onda Touch ID və səsin tənzimlənməsi düymələri kimi özəlliklərin sensorlu analoqlara keçid etmələridir. Smartfonda sensorlu düymələrin istifadəsi öz növbəsində çərçivəsiz ekranın reallaşdırılmasına şərait yaradır. Bununla yanaşı patent sənədinə əsasən ekran cihazın hər iki tərəfində eyni ölçüyə sahib olacaq. Patentdə əsas diqqət cihazın şarnir konstruksiyasına ayrılıb. Apple müxtəlif şarnir konstruksiyalarını nəzərdən keçirdir.


    Onların arasında hətta ekranın bir neçə hissədə qatlanması da var. Ekranın ən həssas hissəsində Apple elə bir şüşədən və ya şəffaf materialdan istifadə etmək istəyir ki, o, ekrandakı təsvirin yüksək keyfiyyətini, barmağın ekrana toxunuşunun dəqiq təyinini və ekranın uzun zaman ərzində çalışmasını təmin etsin. Bununla belə Apple qatlana bilən iPhone modelini müxtəlif girişlərdən məhrum etmək niyyətində deyil. Patent təsvirində qeyd olunub ki, smartfon gövdəsində bir sıra fiziki giriş portları yer alıblar. İnsayderlərin fikirlərinə əsasən patentdə çoxlu sayda detalın olması Apple şirkətinin yaxın gələcək üçün ilk qatlana bilən smartfon modelinin təqdimatına hazırlaşdığından xəbər verir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində..


Yeni OnePlus Nord CE smartfonu təqdim olunub - QİYMƏTİ

OnePlus şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində OnePlus Nord CE smartfonunu təqdim edib...


Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYM..

Samsung şirkəti yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib.


Huawei P50 smartfonunun rəsmi dizaynı sərgilənib (VİDEO)

Huawei şirkəti Watch 3 smart saatını və HarmonyOS əməliyyat sistemini təqdim etdikdən sonra P50 smar..


iPhone 13 smartfonlarının əldə edəcəkləri batareya həcmləri barəsində məlumat or..

Bu il təqdim olunacaq iPhone 13 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa dav..


Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib.

Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib.

×